Nifrət: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 16:
== Ə ==
* Əgər bir adam marşla uyğunlaşma içində yeriyə bilirsə, o dəyərsiz bir varlıqdır. özünə yalnız bir onurğa iliyi kafi ola biləcəyi halda səhvən bir beyni olmuşdur onun. Sivilizasiyanın bu quru ləkəsi ən qısa müddətdə yox edilməlidir. Əmrlə gələn qəhrəmanlıqdan, şüurlu və şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən, bütün bunlardan nifrət edirəm. Mən döyüşü və o soyuq silahları elə iyrəndirici və alçaldıcı hesab edirəm ki belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü yox edərəm daha yaxşıdır. Mənim anlayışıma görə sıravi bir cinayət, döyüşdə adam öldürməkdən daha pis deyil. [[Albert Eynşteyn]]
* Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. [[Redyard Kiplinq]]
* Ərəblər, bizim uşaqlarımızdan nifrət etdiklərindən çox öz uşaqlarını sevdikləri vaxt döyüşməyi buraxacaqlar. [[Qolda Meir]]
* "Əsgərlikdən kartofdan nifrət etdiyim qədər nifrət edirəm" [[Fyodor Dostoyevski]]