Şah İsmayıl Xətai: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
kRedaktənin izahı yoxdur
Sətir 2:
 
==Şah İsmayıl Xətai haqda sitatlar==
* SözssüzSözsüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü və ovçüdur. 1500-ci ildə Tercan-Sarıqayasında bir mağarada yaşayan və insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir. - [[Abbasqulu ağa Bakıxanov]]<ref name=revayet>[https://akifnizami.wordpress.com/2012/04/16/sah-ismayil-x%C9%99tai-haqqinda-fikirl%C9%99r/ ŞAH İSMAYIL XƏTAİ HAQQINDA FİKİRLƏR]</ref>
* Bu şəxsiyyət yüksək elmilik, sadə xalqa yaxınlığı ilə seçilir. Şah İsmayıl Səfəvi siyasət sahəsində olduğu kimi ədəbiyyat sahəsində də elmiliyi ilə xüsusi seçilən bir dahi kimi qəbul ediləbilər. - [[Fərman Kərimzadə]]<ref name=revayet/>
* Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı. - [[Əzizə Cəfərzadə]]<ref name=revayet/>
* Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. - [[Məmməd Səid Ordubadi]]<ref name=revayet/>
* Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə böyük işlər görmüşdür. - [[Ramiz Mehdiyev]]<ref name=revayet/>
* O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar. - [[Nazim Hikmət]]<ref name=revayet/>
* Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi. - [[Övliya Çələbi]]<ref name=revayet/>
* Şah İsmayıla deyəndə ki, Osmanlı qoşunlarına gecə hücum edək – ancaq o cavabında əsl Türk kimi: “Mən karvan basan quldur deyiləm, qoy Allah necə bilir eləcədə etsin” – demişdi. Ancaq öyə-öyə bitirə bilmədiyiniz Sultan Səlim hakimiyyətə görə qardaşını, atasını öldürtdürmüşdü. - [[Ziya Bünyadov]]<ref name=revayet/>
* Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarıc göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmən qılıncdır, vuran əl isə həmənki olmayıb. - [[Nəsib Nəsibli]]<ref name=revayet/>
* Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış. - [[Rafiq İsmayıl]]<ref name=revayet/>
 
{{Vikilər