İmmanuel Kant: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 38:
 
== İ ==
* '''İdrak [Vernunft] məxluqda elə bir qabiliyyətdir ki, özünün bütün qüvvələrinin tətbiqinin qaydaları və məqsədlərini təbii instinktlərdən daha uzağa genişləndirir və öz imkanlarına sərhəd tanımır.'''
** Idee zu einer allgemeinen Geschichte in weltbürgerlicher Absicht (1784) <br /> Kosmopolit məqsədli ümumi tarix ideyası
*** Sitatın izahı - Təbii instinktlərin insana verdiyi məhdud informasiya ilə müqayisədə, insan idrak qabiliyyəti və ya dərk etmə vasitəsilə ən müxtəlif sahələrdə baş verənlərin səbəbini axtara bilir. Təbii instinktlər vasitəsilə insan məlumatı şərtsiz, birbaşa aldığı halda, idrak qüvvəsinin qaydası araşdırma, tədqiqat, məqsədi həqiqəti tapmaq və inkişafdır. (Sitatın tərcüməsinin və izahının müəllifləri eynidir)
Sətir 44:
* İnsanlar işığı görməz, işıqla görər.
* İş həyatdan həzz almağın ən yaxşı üsuludur.
* '''İşıqlanma [Aufklärung] (ziyalanma, maariflənmə) insanın özü özünü düçar etdiyi yetginləşməmə şəraitindən çıxmasıdır. Yetginləşməmə öz ağlından başqası tərəfindən yönəltmə olmadan istifadə etmə qabiliyyətsizliyidir. İnsanın özü özünü düçar etdiyi yetginləşməmənin səbəbi ağlın deyil, ağıldan başqası tərəfindən yönəltmə olmadan istifadə etmədə qətiyyətin və cəsarətin çatışmazlığıdır. Sapere aude! Öz ağlından istifadə etmə cəsarətinə malik ol! - beləliklə işıqlanmanın (ziyalanma, maariflənmə) devizidir.'''
** Beantwortung der Frage: Was ist Aufklärung? (1784) <br /> Suala cavab: İşıqlanma (ziyalanma, maariflənmə) nədir?
***Sapere aude! - latın dilindən tərcüməsi: “Bilməyə cürət et” - müəllif: Roma şairi Horasius (e.ə. 20-ci il)
Sətir 79:
* '''Bütün fəlsəfəni, o, təcrübə əsaslarına söykəndikcə, empirik adlandırmaq olar, o biri tərəfdən, öz elmini ancaq a prior prinsiplərdən izhar edən fəlsəfəni təmiz fəlsəfə adlandırmaq olar. Sonuncu (təmiz fəlsəfə), əgər sadəcə formaldırsa, o, məntiq adlanır, əgər o mühakimənin müəyyən obyektləri ilə məşğuldursa, o metafizika adlanır. '''
 
* '''Maksim subyektiv hərəkət prinsipidir [subjektive Prinzip] və obyektiv prinsipdən, daha doğrusu praktik qanundan [praktischen Gesetze] fərqləndirilməlidir. Əvvəlkində subyektin şərtlərinə əsasən (onun) idrakının təyin etdiyi praktik qayda [praktische Regel] var (adətən onun laqeydliyi və ya həm də meylləri), beləliklə bu, subyektin hərəkət etdiyi prinsipdir; qanun isə hər bir rasional məxluq üçün münasib olan obyektiv prinsipdir ki, bu prinsipə görə o hərəkət etməyə məcburdur, yəni imperativdir.'''
 
* '''Obyektiv prinsip anlayışı , iradə üçün məcburi olduğundan, (idrakın) göstərişi adlanır, göstərişin formulu isə imperativdir.<br />Bütün imperativlər zərurət (bildirən söz) vasitəsilə ifadə olunur və idrakın obyektiv qanununun iradəyə münasibətini göstərir, hansı ki, (iradə) özünün subyektiv xarakterinə görə mütləq olaraq (bu məcburiyyətlə) təyin olunmur.'''