İmmanuel Kant: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 90:
*** Sitatın izahı: Misal - bir şəxs deyə bilər: “Mən xarici dil öyrənirəm ki, iş yerimdə daha yüksək vəzifə və maaş əldə edim”. Digər bir şəxs isə deyə bilər: “Mən xarici dili, öyrənmək xatirinə öyrənirəm, həmin xarici ölkəyə getmək və ya işimdə karyera etmək üçün yox”. Hər iki şəxsin idrakı onlara xarici dil öyrənmək göstərişi verib. Birinci halda bu imperativ müəyyən məqsədə yönəlmişdir və belə imperativi Kant hipotetik imperativ adlandırır. İkinci halda xarici dil öyrənilməsi öz özünə əhəmiyyət daşıyır, öz özünə vacibdir, belə imperativi Kant kateqorik adlandırır.
 
== <big>Təmiz idrakın tənqidi (1787) </big> Kritik der reinen Vernunft ==
 
* '''Bizim bütün biliyimiz [Erkenntnis] təcrübə [Erfahrung] ilə başlayır, buna heç şübhə yoxdur...<br /> Lakin baxmayaraq ki, bizim bütün biliyimiz təcrübədən başlayır, bu heç də o demək deyil ki, o, bütövlükdə təcrübədən yaranır. Çünki çox mümkündür ki, bizim təcrübi biliyimiz bizim təəssüratlarımız vasitəsilə aldığımızdan və bizim dərk etmə qabiliyyətimizin özünün (ancaq hissi təəssüratlar vasitəsilə yığılmış (biliklər)) verdiyindən təşkil olunur, biz bu əlavəni, uzun müddətli praktika bizim diqqətimizi buna yönəldənə və bizə bunu ayırmaq bacarığı verənə qədər orijinal materialdan fərqləndirə bilmirik.<br /> Buna görə də ən azı daha ətraflı bir tədqiqat və ilk görünüşdən birbaşa aydın olmayan sual tələb olunur: təcrübədən və hətta duyğuların təəssüratlarından tamamilə asılı olmayan bilik mövcuddurmu? Belə bilik a prior adlanır və empirikdən fərqləndirilir, hansı ki, öz mənbələrini a posterior (olaraq), daha doğrusu təcrübədə əldə edir.'''