İmmanuel Kant: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 95:
 
** Sitatın izahı: Məsələn, tutaq ki bir şəxs adi suyu 1 atmosfer təzyiqdə (yəni dəniz səviyyəsində) qaynadır. Şəxs suyu qaynadır və təzyiq və temperatura aid məlumatları əldə edir – a posterior (yəni təcrübədən sonra) olaraq. Sonra şəxs bu təcrübəni 3000 m hündürlükdə təkrar edir və a posterior olaraq öyrənir ki, 3000 m hündürlükdə atmosfer təzyiqi aşağı olduğundan su təqribən 90 dərəcədə qaynayır. Şəxs empirik yolla əldə etdiyi biliklərdən belə nəticə çıxarır ki, 5000 m hündürlükdə su təqribən 83 dərəcədə qaynaya bilər. Əgər əvvəlki iki halda əldə edilən bilik empirik və ya a posterior idisə, üçüncü halda şəxsin gəldiyi nəticə a prior (yəni təcrübədən qabaq) hesab olunur. Çünki, şəxs bu biliyi qazanmaq üçün öz duyğularından deyil, özünün idrak qabiliyyətindən istifadə edir. İnsan üçün təcrübədə əldə edilmiş biliklə, həmin biliklərin əsasında induktiv yolla və ya hesablama ilə əldə edilmiş biliyin ilk baxışdan fərqi yoxdur. Kant isə xüsusi olaraq bu fərqə diqqəti yönəldir. Baxmayaraq ki, üçüncü nəticə a prior bilikdir, Kant belə biliyi təmiz a prior hesab etmir. Çünki, onu əldə etmək üçün idrak əvvəlki təcrübələrdən və ya a posterior biliklərdən istifadə etmişdir.
 
* '''Zərurət [Notwendigkeit] və güclü ümumilik [Allgemeinheit] a prior biliyin etibarlı əlamətləridir və həm də bir birinə aiddirlər və ayrılmazdırlar...<br />Asanlıqla göstərmək olar ki, insan biliyində zəruri və ən ciddi mənada ümumi, beləliklə də təmiz a prior mühakimələr həqiqətən də mövcuddur. Elmlərdən [Wissenschaften] misal istənilsə riyaziyyatın bütün müddəaları [Sätze] göstərilə bilər.'''
 
** Sitatın izahı: Beləliklə, əgər Kant empirik biliklərdən induksiya yolu ilə əldə edilən bilikləri a prior, amma təmiz olmayan a prior hesab edirsə, riyazi müddəaları o, təmiz a prior biliklərə aid edir. Bundan başqa riyazi biliklər həyatın bütün sahələrini əhatə edirlər, yəni ümumidirlər və təbiət elmlərinin qanunauyğunluqlarını dərk etmək üçün zəruridirlər.
 
 
{{Vikilər