Murathan Mungan: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k Bot: Migrating 2 langlinks, now provided by Wikidata on d:q379855
Redaktənin izahı yoxdur
Sətir 1:
== A ==
* Ağrı verirsə keçmiş; keçməmiş deməkdir..
* Alçalan insanların yüksələn qiymətlərindən uzaq dururam.
== B ==
* Bəzən ona bir şeylər yazarsan, yazar silərsən.. yazar silərsən.. O heç birini oxumamış olur, amma sən hamısını söyləmiş olursan.
* Bəzi gecələrin səhəri yoxdur, yalnız qaranlıq olaraq qalarlar.
Sətir 10 ⟶ 12:
* Biz böyüdük; və kirləndi dünya.
* Bütün bir gecəni yuxusuz keçirməyinə səbəb olan şeyləri bir nəfəsdə izah edə bilməzsən. Əvvəl içinə atarsan, sonra da susarsan.
== D ==
* Davamlı keçmişə dönüb baxsan boynun tutular.
* Dörd dənə gerçək dostun olsun, tabutunu daşısın yetər.
== E ==
* Eşqin bir yolu vardır, hər yaşda başqa cür keçilən. Eşqin bir yolu vardır, hər yaşda bir az geçikilən.
== G ==
* Göydə axtararkən yerdə tapdığım olmadı heç. Amma yerdə tapıb da göylərə çıxarmışlığım çoxdur.
* Güclü olmağa məndən daha çox ehtiyacın var, çünki haqsız olduğunu ürəyinin bir yerində bilirsən.
* Güllə səsi qədər sürətli keçər yaşamaq: Elə çətindir ki, gülləni havada, sevgini də ürəkdə tutmaq.
== H ==
* Hamımız yaranmağımıza bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. Həyatı bir az da özümüz edirik.
* ‎"Heç kim mənim qədər sevmədi!' deyə qışqırırdı bir adam. Gözlərin gəldi ağılıma.. Gülümsədim, keçdim...
== X ==
* Xatırlamaq üçün bir yaddaşımız varkən, unutmaq üçün əlimizdə heç bir şeyin olmaması; Həyatın bizə etdiyi ən böyük kələyidir.
== İ ==
* İndi bir mövsüm yox, böyük bir həyat girdi aramıza. Bilirəm nə sən dönə bilərsən artıq, nə də mən qapını aça bilərəm sənə.
* İzah edə bilsəm səndə nələr gördüyümü heç kim inanmaz, xəyal deyərdi. Bilsələr səndə nələr gördüyümü illərcə xəyal görmək istiyərlərdi.
== K ==
* Kimdi gedən, kimdi qalan? Əslində gedən deyil, qalandır tərk edən, gedən də buna görə getmişdir zatən.
== Q ==
* Qırılmış bir stəkandan ətrafa saçılmış şüşə parçasıyamsa, üstümə basmağa çalışanların ayaqlarını qanatmaq məcburiyyətindəyəm.
== S ==
* Sən bildiyim kimi qalmadın, amma mən unutduğun kimiyəm hələ.
* Səninlə aramızda bir şey varsa əgər, o da məsafədir artıq.
== T ==
* Təqvim hər kəs üçün eyni olsa da, zaman hər kəsin içində başqa cür ilərləyir.
== V ==
* Və o zaman qırdığın bu ürək, indi qırır başqa ürəkləri! Eşqdə qazanmaq dedikləri itirməkdir bir çox şeyi...