Sual: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 6:
== B ==
* Bəlkə çoxumuz fikir vermirik, ancaq Nimet Başın açıqlaması ilə bu ölkədə yeni dövr başladı. Bir inqilab baş verdi. İlk dəfə əskər sorğulandı və ən əsası bundan sonra dövlət çevirilişinə cəhd edənlərə mesaj yollandı: yoldaşlar, etsəz cavabını verərsiz. Sizdən soruşmaq istərdim. Bundan 10 il əvvəl bu cür komissiya qurula bilərdi və orada suallar verilə bilərdi mi? Nə vaxt bu sualı versəm "Susurluk Komissiyası" yadıma düşür. Komandirlər "Bizi nə haqla çağırırsız?" deyə dəvətnamələri geri qaytardıqları günləri xatırlayıram.<ref name="hurriyet.com.tr">[http://www.hurriyet.com.tr/yazarlar/22052099.asp]</ref> [[Məmməd Əli Birand]]
* Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, onu həqiqətən sevirsiniz deməkdir. [[Pol Oster]]
* Bir məsələ üzərində çalışır və ya hər hansı bir fəlsəfə üzərində düşünürsünüzsə, özünüzə sadəcə bunu sual verin: Faktlar nələrdir? Və bu faktların dəstəklədiyi həqiqətlər nələrdir? [[Bertran Rassel]]
* Biz buna fikir versək də, verməsək də, hər şeyin altında bir sual yatır: Həyatın məqsədi nədir? Hər insan doğulduğu andan etibarən xoşbəxtlik istəyir, əzabdan qaçır. Bunu nə sosial şərtlər, nə təhsil səviyyəsi, nə də ideoloji şərtlər dəyişə bilir. Mövcudluğumuzun təməlində hər birimiz sadəcə olaraq xoşbəxt olmaq istəyirik. Əsas əhəmiyyətli olan şey, xoşbəxtliyi nəyin gətirəcəyini kəşf etməkdir. [[Tenzin Gyatso]]