Güclü: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 10:
* Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul! [[Şeyx Ədabali]]
== H ==
* Haqlı olmayan güclü zalım, gücü olmayan haqlı isə çarısizdir. [[Blez Paskal]]
* Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər. [[Mixail Bulqakov]]
* Hər şey qədərində yaxşıdır. Sevdiyini həddindən artıq sevmə. Ən çətin imtahan sevgi ilə olan imtahandır. İnsan nə qədər güclü olsa, məhəbbətə tuş gələr. [[Şeyx Ədabali]]