Güc: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 40:
* Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir, və hər vaxt oradadırlar. [[Ziqmund Freyd]]
* Güc və təxəyyüldən hadisələr doğur. [[Mişel de Monten]]
* Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır. [[Blez Paskal]]
* Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul! [[Şeyx Ədabali]]
* Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur. əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir. [[Viktor Hüqo]]