Dəlilik: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1:
== A ==
* Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək. [[Aleksandr Pop]]
* Ağıllı adam dəlini danlamaz. [[Çin atalar sözləri]]
* Ağıllı adama dəli ilə mübahisədən ancaq utanmaq qalar.[[Madaqaskar atalar sözləri]]
* Ağılı bədxah xeyirxah dəlidən yaxşıdır. [[Madaqaskar atalar sözləri]]
* Ağıllı fikir edincə, dəli Kürdən keçər. [[Azərbaycan atalar sözləri/A]]
* Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər. [[Azərbaycan atalar sözləri/A]]
* Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər. [[Azərbaycan atalar sözləri/A]]
 
== B ==
* Balanslı insan dəlidir. [[Çarlz Bukovski]]
* Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi. [[Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq]]
* Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar. [[Tur Xander]]
 
== D ==
* Dəli dəlini görəndə çomağını yan tutar. [[Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi]]
* Dəli qazandı, ağıllı yedi. [[Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi]]
* Dəli qırmızı sevər, gic - sarı. [[Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi]]
* Dəli üfürür, məlumat danışır. [[Yohann Volfqanq Göte]]
* Dəlilər iki cür olur: ağlın çatışmazlığından və ağlın artıqlığından. Ağlın artıq hissəsi transfer edilə biləndə – dahilik yaranır. [[Tur Xander]]
* Dəlilər və ağıllılar eyni dərəcədə zərərsizdirlər.Yalnız yarı ağıllılarla yarı dəlilər çox təhlükəlidir. [[Yohann Volfqanq Göte]]
* Dəlilərə zəng taxmaq istəsələr, dəmirin kilosu yüz milyon olar. [[Bolqar atalar sözləri]]
* Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir. [[Albert Eynşteyn]]
 
== E ==
* Elm hələ zəka və ya istedadın dəlilik olub olmadığını öyrətməyib. [[Edqar Allan Po]]
* Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmışsəkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, [[Çarlz Bukovski]]
== Ə ==
* Ən soyuq qış günlərində belə pəncərəni açıq qoyub yatmaq istədiyim üçün məni az qala dəli adlandırırdılar. Anamı sakitləşdirirdim ki, mən təmiz havanı sevirəm. Əslində isə, mən öz məşqlərimin bir hissəsini həyata keçirirdim. [[Rual Amundsen]]
 
== H ==
* Hamımız dəli doğuluruq. Amma bəziləri həmişə elə qalır. [[Semyuel Bekket]]
* Hər hansı bir işdə uğur qazanmaq üçün gərək bir az da dəli olasan. [[Uilyam Şekspir]]
* Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyün andır. Və ən böyük itkin ona xərclədiyin zamandır. [[Pol Oster]]
 
== İ ==
* İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir... [[Erix Mariya Remark]]
* İnsan təbiətində ağıllı olmaqdan əlavə dəlilik vardır. [[Frensis Bekon]]
== K ==
* Kimnənsə ağıl alacaq qədər dəli deyiləm. Məncə sən ağıl vermədən əvvəl, geri qalanının sənə çatıb çatmayacağını hesabla. [[Bob Dilan]]
 
== Q ==
* Qadınmış deyirlər adamı dəli edən. Sən nə desən də, yenə qadındır dəlini də adam edən. [[Can Dündar]]
* Qarğa əli silahlı adamı görüb öz-özünə dedi: "Əgər onun ağlı varsa, məni vurmaz, yox əgər dəli isə - gülləsi mənə dəyməz. [[Abxaz atalar sözləri]]
 
== N ==
* Nə olur ki hər fürsətdə özümlə danışıramsa? Baxma sən səhv deyib köhnələr, öz-özünə danışana dəli deyil, tək deyərlər. [[Camal Sürəya]]
 
== Ö ==
* Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər. [[Bob Marli]]
* Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz. [[Viktor Hüqo]]
 
== Ş ==
* Şübhə deyil, qətilikdir insanı dəli edən. [[Fridrix Nitsşe]]
 
== Y ==
* Yalançı deyil, gerçək filosoflar şəhər-şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərinə görə bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist, bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər. [[Platon]]
* Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər. [[Afrika atalar sözləri]]
[[Kateqoriya:Mövzular]]