Sərraf Şiruyə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 11:
== Haqqında deyilənlər ==
* [[Alqayıt]] → Bu gün şair dostum, tələbə yoldaşım Şiruyəni görəndə bir Göyçə ömrü yaşayıram.<ref>Alqayıt, "Analı dünyam", Bakı, "Hərbi nəşriyyat", 2011. səh.6.</ref>
* [[Zəlimxan Yaqub]] → Ulu Göyçə mühitində dünyaya göz açan, şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı mühitindən qidalanan Şiruyə Həsənoğlu mətbuata çox gec gəlsə də, öz rəngarəng, axıcı, hikmətli şeirləri ilə oxucu kütləsinin qəlbinə çox erkən yol tapa bilmişdir. Uzun illərdən bəri şeirləri aşıqların, xanəndələrin, şeir pərəstişkarlarının ürəklərindən dodaqlarına qanadlanmaqdadır. Şeirin bütün növlərində qələmini müvəffəqiyyətlə sınayan Şiruyə Həsənoğlu böyük Aşıq Alı, Aşıq Ələsgər, Xəstə Qasımdan sonra, demək olar ki, ən güclü təcnis ustası kimi tanınmışdır.
Şeirin bütün növlərində qələmini müvəffəqiyyətlə sınayan Şiruyə Həsənoğlu böyük Aşıq Alı, Aşıq Ələsgər, Xəstə Qasımdan sonra, demək olar ki, ən güclü təcnis ustası kimi tanınmışdır.
* [[Qara Namazov]] → Sərraf Şiruyə xalqın yaddaşına hopmuş elə şairlərdəndir ki, əsrlər keçsə də onun adı, əsərləri heç zaman saz-söz sevərlərin ürəyindən silinən deyil. Hələ Sovet hökumətinin qılıncının dalının, qabağının kəsakəs vaxtında Şiruyənin şeirləri elin, obanın dilinin əzbəriydi. O şeirləri ki, Sovet hökumətinin qayda-qanunlarını tənqid edir, astar üzünü açıb ortaya qoyurdu. ...Tənqidi şeirlərinin qaladığı ocağın “tüstüsünə” kor olub Şiruyə uzun illər bir balaca kitaba həsrət qaldı. Ancaq əsil həqiqət budur ki, Şiruyənin heç bir kitabı çap olunmasa da, rəsmi mükafat, titul almasa da o dövrün çox ordenli şairlərindən populyar idi. Necə ki, bu gün də populyardı. Hansı poeziya məclisinə, el şənliyinə getsək orada Sərraf Şiruyənin şeirləri xanəndələr, aşıqlar tərəfindən ifa olunur, məclisləri rövnəqləndirir.
* [[Hüseyn İsmayılov]] → Sərraf Şiruyənin şeirləri göstərir ki, onun özünəməxsus poetik üslubu xalq şeirinin bütün mükəmməl ənənələrini özündə birləşdirir və öz poetik impulslarını, gücünü, qüdrətini xalqımızın poetik düşüncə strukturu, mənəvi dəyərlərimiz, yurdun gözəllikləri, vətən və millət sevgisindən alır. Şair xalqın güzəranına, ruhuna və ana dilinin incəliklərinə dərindən bələddir.