Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 84:
 
== Q ==
* Qadını gözəlliyi xatirinə almaq doğru deyildir. Gözəlliklə iffət az halda bir yerdə olar, çünki gözəl qadına gözü düşən çox olar, ağıllarının zəifliyindən davam gətirə bilməyib gönü siya verərlər. Belə evlənmələrin aqibəti ya qeyrətsizliklə yaşayıb rüsvayçılıqla ölmək, hər iki dünyada biabır olmaqla, ya da mal-dövlət sərf edib müxtəlif tədbirlərə əl atmaq, qəm və kədərə batmaqla nəticələnər.
* Qеybət, böhtаn, iftirа, yаlаnçılıqdаn çəkinməli, hеç vахt bеlə şеyə yоl vеrməməli, о хаsiyyətli аdаmlаrlа ünsiyyət sахlаmаmаlı, оnlаrа qulаq аsmаqdаn çəkinməli, ümumiyyətlə, аz dаnışmаlı, çох еşitməli. Bir filоsоfdаn sоruşurlаr "Nə üçün аz dаnışır, çох qulаq аsırsаn?" Dеdi: "Çünki mənə iki qulаq vеriblər, bir dil, yəni: iki еşit, bir dе".
* Qeyrət ona deyilir ki, xalqı, ya da qorunması vacib olan başqa şeyləri mühafizə etməkdə laqeydlik göstərməyəsən.
Sətir 90 ⟶ 91:
* Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar.
* Qoçaqlıq ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol verməsin.
 
== L ==
* Ləyaqətli qadını ona görə anaya oxşatmışlar ki, ərinin yanında olmasını istər, səfərə gedəndə darıxar, onun arzu və istəklərini yerinə yetirmək üçün əzab-əziyyətə dözər, ana da övladı üçün belə edər.