Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 166:
== Z ==
* Zehin sürəti ona deyilir ki, nəfsin istedadı iztirab və təşviş keçirmədən, tərəddüdə yol vermədən istənilən məqsədə yönəldilmiş olsun.
* Zəhm ona deyərlər ki, ər lap birinci gündən arvadın gözünün odunu ala, elə edə ki, onun əmrlərini yerinə yetirməkdə, göstərişlərinə əməl etməkdə arvad heç bir səhlənkarlığa yol verməsin. Bu, ailə dolandırmağın ən böyük şərtidir. Bu şərt bir balaca da pozulsa, qadında dikbaşlıq meylləri güclənər, özbaşınalıq qapıları onun üzünə açılar, bununla kifayətlənməyib əri özünə tabe etməyə çalışar, şıltaqlıqlarını yerinə yetirməyə məcbur edər, əlində oyuncağa çevirər, sonra nə istəsə, ərinin başına o oyunu açar, onun əli ilə də öz mətləbinə çatar. Deməli, amir məmura çevrilər, rəis tabeliyə keçər, hakim məhkumluğa düşər. Bu hal və minvalın axırı hər ikisi üçün acınacaqlı olar, dedi-qodu, dava-dalaş başlayar, o qədər xoşagəlməz hadisələr, biabırçılıqlar və rüsvayçılıqlar ortaya çıxar ki, heç kəs onların qarşısını ala bilməz.
* Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin.