Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 49:
* Əfv ona deyilir ki, nəfs pislik üstündə veriləcək cəzanı, yaxşılıq müqabilində alınacaq mükafatı birincini verməyə qadir, ikincini almağa qüdrətli olduğu halda bağışlasın.
* Əliaçıqlıq ona deyilir ki, nəfs özünün çox ehtiyacı olduğu şeyləri asanlıqla daha çox ehtiyacı olan başqa bir adama versin.
* Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
 
Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
 
İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
 
Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır.
* Əvvəllər buna oxşar hallar baş verdikdə ola bilər belə adam dözməyi lazım bilməyib istər söz, istərsə əl ilə cavabını vermiş olsun.