Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 66:
 
Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır.
* Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”.
“Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər.
“Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər.
“Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər.
“Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər.
“Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar.
* Əvvəllər buna oxşar hallar baş verdikdə ola bilər belə adam dözməyi lazım bilməyib istər söz, istərsə əl ilə cavabını vermiş olsun.