Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 173:
== T ==
* Tək yaşayan adam yarımçıq həyat sürür.
* Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər.
Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox.
* Təslim ona deyilir ki, Allah-taalaya və ya etiraz etmək mümkün olmayan adama aid olan işə, könlün olmadığı halda razılıq verəsən, xoşhallıq və məmnuniyyətlə yerinə yetirəsən.
* Təvazö ona deyilir ki, özünü daha aşağı mövqedə olanlara nisbətən üstün hesab etməyəsən.
* Təvəkkül ona deyilir ki, yerinə yetirilməsi insan qüdrəti və imkanı xaricində olan işlərdə, xalqın ağlı işləməyən, qəti bir fikir söyləmək mümkün olmayan hallarda tələsmə və yubanmaya, artıq və əskikliyə yol verilməsin, vəziyyəti dəyişməyə meyl göstərilməsin.
 
== U ==
* Uşaq olan kimi, ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoysalar, övlad bütün ömrü boyu bundan xəcalət çəkər, qanı qaralar. Sonra ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki pis adət xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçər: