Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 188:
O, bədəndən, yalnız öləndə çıxar! <poem/>
* Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir.
* Uşağa şam xörəyini səhər yeməyindən çox vermək lazımdır. Səhər yeməyini çox yesə, yuxu basar, zehni kütləşər. Əti az yedirtsələr, çeviklik, ayıqlıq, şənlik, oynaqlıq, anlaqlıq və s. xeyri olar. Xörək arasında su içməyə icazə verilməməli, həddi-büluğa çatmamış şərab, məstedici içkilər qadağan edilməlidir, çünki bunlar onun nəfsinə və bədəninə zərər vurar, qəzəb, çılğınlıq, şəhvət və ehtirasını artırar; o, içki məclislərinə aparılmamalıdır.
* Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. Eyni zamanda, uşağı çox danlamaq, ona hər şeyi qadağan etməkdən də çəkinmək lazımdır, bu, sırtıqlaşmağa, acığa düşüb həmin işi bir də görməyə sövq edər (insan qadağan olunmuş şeylərə həvəskar olar); nəsihətə qulaq asmaqdan bezər, zəhləsi gedər, “qorxaq” olmadığını sübut etmək üçün bəd əməllərə başlayar, bəlkə, daha incə hiylələrə əl atar.