Pyer Jan Beranje: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 1:
'''Pyer Jan Beranje''' - fransız şairi.
 
== APyer Beranje ==
 
* Ana qəlbi möcüzələr xəzinəsidir.
Fransada inqilabi poeziya bərpa dövründə meydana gəlmişdir. 1814-cü ildə Burbonlar sülaləsi bərpa edildikdən sonra mühacirətdə olan Fransa əsilzadələri geri qayıdırdılar. İstismarçıların və vətən xainlərinin əleyhinə çevrilən xalq üsyanları bu dövrdəki bu dövrün inqilabi demokratik poeziyasında öz əksini tapmışdır.
Pyer Beranje (1780-1857) kiçik bir qulluqçu ailəsində anadan olmuşdur. Valideynləri onu inqilabdan sonra açılmış məktəblərin birinə oxumağa qoyurlar. Bu "vətənpərvər məktəb" adlanan bir tədris müəssisəsi idi. Beranjenin atası ümid edirdi ki oğlu məktəbi bitirib ona köməkçi olacaq. Ancaq gənc Beranjeni ticarət maraqlandırmırdı. Atasının iflasa uğraması onu sevindirdi. Çünki yaxasını ticarətdən qurtardı. Atasının ticarət idarəsindənsə soyuq otaqda yatmaq onun üçün xoş idi. Beranjenin yaradıcılığının 1cu dövrü imperiya illərinə təsadüf edir. İlk yazdığı şeirlərində ötəri sevinc hissləri , şərab və gözəl təsvir olunurdu. Bu dövrdə məşhur olan "Masa nəğmələri" janrından istifadə edirdi. Bu janr kütləvi bir janr idi. Lakin tezliklə Beranje özünün yaradıcılıq yolunu tapır. Şair " Yoxsul" şeirində yoxsulların həyatını avara və tüfeyli həyat sürən varlıların həyatına qarşı qoyurdu və yoxsulların həyatını qat-qat üstün tuturdu. Bu mövzu onun "Mənim köhnə frakım" şeirində daha canlı şəkildə təsvir edilir. Şeirdə təsvir olunur ki, yoxsulun bircə frakı var. O bu frakı göz bəbəyi kimi qoruyur və onu varlıların bahalı kostyumlarından üstün tutur. Şair bu şeirdə mənliyi və qüruru hər şeydən üstün tutur. Mənəvi cəhətdən zənginlik ən böyük sərvətdir. Məhz Beranjenin də tutduğu yol bu idi. Vətən və xalq yolunda vicdanla çalışmaq ən böyük səadətdir.
"Kral İveto" adlı şeiri də bu dövrə aiddir. Beranje əfsanəvi kral İvetonu mədh edərək Napoleonun zamanında xalq pulunun talançı müharibələrə və kral sarayının cah-cəlalına xərclənməsini tənqid edir. Şair demokratik əhval-ruhiyyəli və heç bir bəzək sevməyən əfsanəvi kral İvetonu Napoleona qarşı qoyur. İvetonun sarayında cah-cəlal yoxdur.
 
[[Kateqoriya:Şəxslər]]