Uşaq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 31:
* Uşağa yaradan yox, tərbiyə verən atadır. <ref>Aforizmlər və hikmətli sözlər. Bakı, 2005</ref> [[Menandr]]
* Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir. [[Nəsirəddin Tusi]]
* Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər. [[Üzeyir Hacıbəyli]]
* Uşağı həddən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir. [[Çin atalar sözləri]]
* Uşağın göz yaşını silməyən onunla birgə ağlar. [[Afrika atalar sözləri]]