Əli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 54:
* İki şey var ki, itirilməmiş qədri bilinməz: Gənclik və dinclik.
* İman əhlinin hər gün üç işi vardır: Bir zaman Rəbbi ilə razü niyaz edər, Ona qulluq göstərər; bir zaman dolanışığı üçün çalışar; bir zamanı da var ki, halal və gözəl ləzzətlərlə zövqlənər. Ağıllı adam üç şey üçün səfər edər: Güzəranını qaydaya salmaq, axirətini əldə etmək, yaxud da haram olmayan zövq və ləzzət əldə etmək.
* İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdıryumşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir.
* İnsanlar bilmədikləri şeylərə düşməndir.
* İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran *Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır.
* İnsanların çəkdiyi hər nəfəs əcələ doğru atdığı addımdır.
 
== K ==
* Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir. Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir.