Könül: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 5:
== B ==
* Bədənini bəsləyib inkişaf etdirməyə baxma, çünki o sonunda torpağa veriləcək bir qurbandır. Sən könlünü bəsləməyə bax. Ucalara gedəcək, şərəflənəcək olan odur. [[Mövlana Cəlaləddin Rumi]]
* Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. [[Əli]]
* Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. [[Cübran Xəlil Cübran]]
* Bir könül qurmaq gəlmirsə əlindən, barı bir könül yıxılmasın dilindən. [[Mövlana Cəlaləddin Rumi]]