Məhəmməd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 188:
* İki savaşanı aralamaq rəhmdilikdir, adamı yəhərə oturtmaq və kisəsini qaldırıb ona vermək də rəhmdilikdir; xoş sözlər demək – minnətdarlıq etmək də, soruşana mülayim cavab vermək də rəhmdilikdir. Çaqqal gavalısı və yola düşən daş kimi adamları incidənlərin aradan götürülməsi də rəhmdilikdir.
* İki tamahkar vardır ki, doymaq nə olduğunu bilməz; bunlardan biri biliklərə yiyələnmək istəyənlərdir, biri isə dünyanı fəth etmək niyyətinə düşənlərdir.
* İnsan qocalsa da, qəlbi iki sevgiyə həmişə gəncdir: ömür uzunluğuna və mal-mülk sevgisinə.
* İnsan öz dostunun dinindədir. Belə isə hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun.
* İnsanın evi özü üçün cənnətdir.
* İnsanın mayası ağıldır. Ağlı olmayanın dini də olmaz.