Əli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 96:
* Savaşda birisini savaşmağa çağırma; fəqət səni çağıran olsa get; çünki savaşa çağıran asidir, asininsə ölməsi gərəkdir. Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et.
* Səxavət-istənilmədən ehsan etməkdir. Istəniləndən sonra edilən ehsan isə utanqaclıqdandır və çox pisdir.
* Sənə pislik edənə özünü ona sevdirməyin qədər böyük bir cəza verə bilməzsən.
* Sənət tükənməyən xəzinədir.
* Sirr saxlamaq iradə imtahanıdır. imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz.
* Sizə beş şeyi vəsiyyət edirəm: Heç biriniz Rəbbinizdən başqa bir kimsədən şey ummasın; Günahınızdan başqa bir şeydən qorxmayın, “bilmirəm” deməkdən utanmayın; bilmədiyiniz bir şeyi öyrənməkdən çəkinməyin. Səbr edin, çünki səbr imanla müqayisədə bədəndəki baş kimidir. Başı olmayan bədəndə xeyir yoxdur. Səbr tükəndikdə isə imandan xeyir gəlməz.
* Sizə beş şeyi vəsiyyət edirəm:
Heç biriniz Rəbbinizdən başqa bir kimsədən şey ummasın; Günahınızdan başqa bir şeydən qorxmayın, “bilmirəm” deməkdən utanmayın; bilmədiyiniz bir şeyi öyrənməkdən çəkinməyin. Səbr edin, çünki səbr imanla müqayisədə bədəndəki baş kimidir. Başı olmayan bədəndə xeyir yoxdur. Səbr tükəndikdə isə imandan xeyir gəlməz.
* Sizi İslama elə bir nisbətlə mənsub sayıram ki, məndən əvvəl heç kəs belə nisbəti söyləməmişdir: İslam təslim olmaqdır; təslim olmaq yəqinlikdir; yəqin gerçəkləməkdir; gerçəkləmək iqrar etmək əmrə tabe olmaqdır; əmrə tabe olmaq o əmrləri yerinə yetirməkdir.
* Sözlərin ən pisi yalandır.