Azərbaycan atalar sözləri/N: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
<div ><small> '''<''' [[Azərbaycan atalar sözləri]]</small></div>
* Nabələdə gün də buluddur.
* Nacins ağac düyünlü olar.
* Naqqa balıq tasa yerləşməz.
* Naqqalar olmasaydı, dünya laləzara dönərdi.
* Nağd alverdən ətir iyi gələr.
* Nağdı əldən vermə. (Nağdı qoyub nisyənin dalınca düşmə).
* Nağıl dili yüyrək olar.
* Nadan əlindən su içmə,ab-həyat olsa da.
* Nadanı kötək düzəldər, qozbeli qəbir.
* Nadanın düşməni özüdür.
* Nadiri taxtda görüb, Şah Abbası qundaqda.
* Nakəsə borclu olma.
* Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan həccə getməyə.
* Namaza meyli olanın qulağı azanda olar.
* Namazdan əvvəl boğazdır.
* Namazı əkib, orucluğa gedir.
* Namə vüsalın yarısıdır.
* Namə yazmaq asandır, yetirmək çətin.
* Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni.
* Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar.
* Namərdə yaxa vermə, mərdə arxa ol.
* Namərdə möhtac olma.
* Nə əkərsən, onu biçərsən.
*Nə qoyuna gedər, nə qapıda hürər.
*Nə tökərsən aşına o da cıxar qaşığına.