Əli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 29:
== D ==
* Dərd və qəm qocalığın yarısıdır.
* Dil insanı ölçmək üçün vasitədir. İnsanın çətinlikləri onun dilindədir. Dilini saxla! Çünki dilini saxlamaq özün üçün verdiyin sədəqədir.
* Doğrudan da, dünya ağıllılar yanında kölgəyə bənzər: bir də baxırsan, uzanır deyərkən, qısalmağa başlar. Bir də görürsən, uzanır deyərkən yoxa çıxar.
* Doğrudan da var-dövlət və övlad dünya əkinidir, dünya qazancıdır. Yaxşı əməllər isə axirət əkini, axirət qazancıdır. Allah bəzi insanlara hər ikisini verir.
* Dünya elə bir yurddur ki, xaraba qalması, yox olması, əhlinin isə onu atıb getməsi, köçüb itməsi labüddür. Çox şirindir, təravətlidir, amma istəyəndən tez qaçıb gedər. Bəsirət gözüylə ona baxan varlığından şübhəyə düşər. Ən gözəl, ən xeyirli bir azuqəylə köçüb gedin oradan. Kifayət edəcək şeydən artığını istəməyin, sizi aparacaq şeydən artığını diləməyin ondan.
 
== E ==
* Elmlə dirilən ölməz.