Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 12:
 
== B ==
* Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır.
* Bаşа düşməyən аdаmа incə və üstüörtülü söz dеməməli.
* Bаşqаsındаn sоruşulаnа cаvаb vеrməməli, ümumidən еdilən suаldа cаmааtı qаbаqlаyıb hövləki irəli düşməməli.
* Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
**Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
**İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
 
**Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
**Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun.
 
İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
 
Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
 
Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun.
* Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər.
* Bir ürəyi ələ gətirmək, min Kəbə ziyarətindən yaxşıdır.
* Biri cаvаb vеrməklə məşğul isə, dаhа qаbil cаvаb vеrməyə qаdir оlsа dа, səbr еtməli, о, sözünü qurtаrdıqdаn sоnrа, öz cаvаbını vеrməli, lаkin əvvəlkinə tənə еtməməli.
* Biz demişik ki, ədalət bütün fəzilətlərin yekunudur və onun yeri “ortaqlıqdır”.
* Böyüklərlə dаnışаrkən kinаyə işlətməməli, nə bərkdən, nə yаvаşdаn, mülаyim səslə sözünü dеməli.
Sətir 33 ⟶ 28:
 
== Ç ==
* Çох dаnışmаmаlı, bаşqаsının sözünü yаrımçıq kəsməməli, bаşqаsının nаğıl еtdiyi hеkаyət və yа rəvаyəti bilirsə, bunu üzə vurmаmаlı və оnun dаnışıb qurtаrmаsınа imkаn yаrаtmаlı;
* Çox yemək, çox içmək, bahalı, dəbli paltar geyməyi onun gözündən salmalı; qarınqululuq, əyyaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin onun qəlbinə yol tapmasına imkan verilməməlidir. Başa salmaq lazımdır ki, bəzək-düzəkli paltarlar qadınlar üçündür, ağıllı kişilər, böyük adamlar həmişə sadə geyinirlər.
***
Sətir 65 ⟶ 60:
* Əliaçıqlıq ona deyilir ki, nəfs özünün çox ehtiyacı olduğu şeyləri asanlıqla daha çox ehtiyacı olan başqa bir adama versin.
* Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
**Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
 
**İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
**Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır.
 
İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
 
Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır.
* Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”.
**“Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər.
**“Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər.
**“Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər.
**“Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər.
**“Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar.
* Əvvəllər buna oxşar hallar baş verdikdə ola bilər belə adam dözməyi lazım bilməyib istər söz, istərsə əl ilə cavabını vermiş olsun.
 
Sətir 114 ⟶ 106:
== Q ==
* Qadını gözəlliyi xatirinə almaq doğru deyildir. Gözəlliklə iffət az halda bir yerdə olar, çünki gözəl qadına gözü düşən çox olar, ağıllarının zəifliyindən davam gətirə bilməyib gönü siya verərlər. Belə evlənmələrin aqibəti ya qeyrətsizliklə yaşayıb rüsvayçılıqla ölmək, hər iki dünyada biabır olmaqla, ya da mal-dövlət sərf edib müxtəlif tədbirlərə əl atmaq, qəm və kədərə batmaqla nəticələnər.
* Qеybət, böhtаn, iftirа, yаlаnçılıqdаn çəkinməli, hеç vахt bеlə şеyə yоl vеrməməli, о хаsiyyətli аdаmlаrlа ünsiyyət sахlаmаmаlı, оnlаrа qulаq аsmаqdаn çəkinməli, ümumiyyətlə, аz dаnışmаlı, çох еşitməli. Bir filоsоfdаn sоruşurlаr "Nə üçün аz dаnışır, çох qulаq аsırsаn?" Dеdi: "Çünki mənə iki qulаq vеriblər, bir dil, yəni: iki еşit, bir dе".
* Qeyrət ona deyilir ki, xalqı, ya da qorunması vacib olan başqa şeyləri mühafizə etməkdə laqeydlik göstərməyəsən.
* Qənaət ona deyilir ki, nəfs yemək, içmək, geyim və başqa şeyləri asan ələ gətirdikdə də onların sərf edilməsində müəyyən hədd qoya.
Sətir 138 ⟶ 130:
== N ==
* Nadanlıqdan can qurtarmaq, qorxu və xofdan azad olmaq üçün alim və filosoflar böyük əziyyətlərə dözür, cismani ləzzət və istirahətdən əl çəkir, yuxusuz gecələr və ağır zəhmətlərə razı olurlar. Əsl rahatlıq bədəni ağrılardan xilas olmaq, əsl əziyyət isə cəhldir. Deməli, əsl rahatlıq elmdir. Elm adamlarının ruhi və rahatlığı elmdir, çünki dünya var-yoxu onların gözündə əhəmiyyətsiz və dəyərsiz olar. Elmə yiyələnərək əbədi səadət, həmişəlik istirahət əldə etdiklərindən tez ötüb keçən bəlalara məruz qalan, böyük baş ağrısına səbəb olan, müxtəlif qəm və kədər yaradan, təşviş və təlaş törədən dünya işlərindən əl çəkər, zəruri ehtiyacı ilə kifayətlənər, dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, bir arzuya çatdımı, başqa arzu eşqinə düşər.
* Nаlаyiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üçündən аyıb kəlməyə еhtiyаc yаrаndıqdа оnu оbrаzlı, məcаzi ibаrələrlə аnlаtmаlı.
* Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz.
* Nəfsin ağayanalığı ona deyilir ki, nəfs var-yoxluğa, az-çoxluğa böyük əhəmiyyət verməyə, mülayim və qeyri-mülayim işləri yola verməyi bacara.
* Niyyət [[elm]] ilə əməl arasında bir vasitədir.
* Nizam (səliqə) ona deyilir ki, nəfsi işləri lazım olduğu şəkildə tərtib edib nizama sala, ən əlverişli və münasib surətdə saxlamağı özünə adət edə.