Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Cekli829 (müzakirə | töhfələr)
Sətir 123:
* Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya.
* Mükafat ona deyilir ki, biri bir yaxşılıq etsə, ona müvafiq, ya da ondan da artıq yaxşılıq edilsin, pislikdə isə əksinə, daha az pislik edilsin.
* Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini [[həndəsə]], hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar.
 
Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar.
* Mürüvvət ona deyilir ki, nəfs həmişə gözəl ifadə, ürərkləndirici ibarələr işlətməklə lazım olduğu qədər və ya ondan çox şey bağışlasın.