Kəlilə və Dimnə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 3:
* Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışar.
* Ağıllı adamlar kin və ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar.
* Ağızdan çıxan sözü, yaydan çıxan oxu, tüfəngdən çıxan gülləni geri qaytara bilməzsən.
* Alicənablığın şərti yaxşılıq etməyə yol tapmaqdır.
* Anlamayana yaxşılıq eləməkdən, qulaq asmayana nəsihət söyləməkdən, ağzı boşa sirr verməkdən daha böyük səhv ola bilməz.
* Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərgərdəsinə görə müəyyən edilir.
 
== B ==
* Bir dana minlərlə inək arasında necə gəlib anasını tapırsa, insanın etdiyi yaxşılıq və pisliklər də gec-tez gəlib onu tapır.