Aşıq Ələsgər: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 4:
 
<poem>
Ağılsız cahalı kirşan aldadar,
Bir mərd ilə ağı yesən şirindir
YüzGünü namərdləkeçmiş şəkərqarı yesənqız dadolmaz, olmaz.
* * *
</poem>
Axund gərək əyri yola getməsin,
Haqqın kəlamına yalan qatmasın.
* * *
Alçaqda dayan ki, çıxasan başa.
* * *
Alimin elmiylə helmi yarıdı.
* * *
Aşığın nisyəsi, namərd ilqarı,
Desələr, inanma, düz olmaz, olmaz.
* * *
Aşıq olub diyar-diyar gəzənin,
Əzəl başdan pür-kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
 
Xalqa həqiqətdə mətləb qandıra,
<poem>
Şeytanı öldürə, nəfsin yandıra.
Mərd oğlun qəhrini çəkən mərd ana,
El içində pak otura, pak dura,
Mərd igid meydanda durar mərdana
Dalısınca xoş sədalı gərəkdi.
* * *
Baxt yatanda qohum-qardaş yad olu.
* * *
Bədəsildən hərgiz olmaz heç əsil.
* * *
Bəylik, göylük, səylik olan məclisdə,
Qaç ki, orda xeyir-bərəkət olmaz.
* * *
Bir adamsan, bir adama namə yaz,
Mahalı incidib, eldən danışma.
* * *
Bir qul düz dolansa haqqın yolunda,
Qəza tapmaz, ona bəla yetişməz.
* * *
Bir mərd ilə ağı yesən şirindi,
Yüz namərdlə şəkər yesən, dad olmaz.
* * *
Bivəfadan yar olmaz,
Ömür üzsən yüzhayüz.
* * *
Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
* * *
Bu dünyada üç şey başa bəladı,
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.
* * *
Bülbül gül üstündə xarı görəndə,
Qan ağlar, ruxsarı yaşa dayanmaz.
* * *
Bülbül gül yolunda keçər başından,
Əgər gül köysünə xarı çəkmiyə.
* * *
“Can” deməklə candan can əysik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
* * *
“Can” deyənə “can” deyinən mərdana,
Baş qoyanın, qoy yolunda başa baş.
* * *
Can qurban eləsən, layiqdi layiq,
Bir yar ki, mətləbi tez qanan ola.
* * *
Comərdin kisəsi, mərdlərin namı,
İnşallah, ölüncə az olmaz, olmaz.
* * *
Çırağın ki, ilahdən a yana,
Ehtiyacın nədi a yağa, yağa.
* * *
Çox gəzmişəm, az görmüşəm danəndə.
* * *
Çox qazansan, az qazansan,
Beş arşın ağdı xələt.
Mal-dövlətə baş endirən,
Əfsana baş endirir.
* * *
“Çor” deyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan eylər.
* * *
Danışanda doğru danış,
Sözün çıxmasın qələt.
* * *
Doğru yola əmək çəksən zay olmaz.
* * *
Dosta xain baxan kor olacaqdı.
* * *
Dost dostdan inciyər, qəlbində dönməz.
* * *
Dostun məzəmməti adam öldürür.
* * *
Dost odur ki, dosta yalan satmasın.
* * *
Dost uzaq olmaqla könül yad olmaz.
* * *
Dövlətdən qismətin beş arşın ağdı.
* * *
Dövlətə güvənib gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada.
* * *
Düşman günü düşmanınla düşmandı,
Yüz il keçsə, qohum sənlə yad olmaz.
* * *
Eşit bu sözləri, saxla yadigar,
Gözəllərdə həya, iyidlərdə ar.
* * *
Eşqin ataşına heç olmaz çara.
* * *
Eşq oduna düşən aşkara yanmaz.
* * *
Əbəs yerə bivəfaya can dedim,
Zəhmətin çox çəkdim, karın görmədim.
* * *
Ədalət hakimin payi-turabı,
Kamil ustadlara qul kəmtər mənəm.
* * *
Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt.
* * *
Əlin vurma gücün yetməyən daşa,
Götürə bilməzsən, zora düşərsən.
* * *
Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası.
* * *
Ərdən boşanmışdan bir az kənar dur.
* * *
Əyləşəndə ağır əyləş,
Danışanda az danış.
* * *
Gah baş olan, gah da düşər ayağa.
* * *
Gədadan bəy olmaz, dəlidən darğa.
* * *
Gədadan bəy olmaz, nakəsdən iyid.
* * *
Görürsən ki, baxtın yatdı, sən də yat.
* * *
Göz gözə baxanda halın soruşa,
Aləm düşman olsa, görüşmək olar.
* * *
Göz gözə baxmasa mehriban olmaz.
* * *
Gül olma dünya malına,
Qalacaqdı dünyada.
* * *
Günhkardı nə ki yoldan azan var.
* * *
Günü-gündən işi düşər müşgülə,
Hər kəs namus, qeyrət, arı çəkmiyə.
* * *
Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdı.
* * *
Haqdan yanan çıraq bad ilə sönməz.
* * *
Haqq ilə nahaqqı axtaran hakim,
Tapar qulaq ilə göz arasında.
* * *
Haqq, meyi islama haram buyurub,
Dərd tüğyan eləsə, mey içmək olar.
* * *
Haqq-nahaqq seçilər haqq divanında.
* * *
Haqq sözə gərəkdi düz qiymət olsun.
* * *
Haqq verməsə, qonşu payı pay olmaz.
* * *
Hər ağacdan sandal, hər yarpaqdan gül,
Hər torpağın tamı duz olmaz, olmaz.
* * *
Hər ağac kökündən bitər,
Hər meyvə gözlər zatın.
* * *
Hərca dilin salar bəlaya səni,
Çox da bilsən danış az, şair Nağı!
* * *
Hərcayıdan, müxənnəsdən, nadandan,
Nə söz qaldı sənətkara dəyməmiş.
* * *
Hərcayı sözüylə incimə dostdan.
* * *
Hərcayınan aşna olma,
Namərdə bel bağlama.
* * *
Hər kim ki, sidq ilə dilək diləsə,
Əlbəttə, mətləbin ha bular, bular.
* * *
Hər könül özünə bir padişahdı.
* * *
Xeyir çəkməz ustad ilə dəyinən.
* * *
İbadət eləyən mömin sayılı,
Səxavətin ondan çoxdu savabı.
* * *
İkiarvadlılıq mardan acı olu,
Bez geydirsən bir canana, yaxşıdı.
* * *
İki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq.
* * *
İlqarın dalınca bir baş getməsin,
Onu bir qarpıza dəyişmək olar.
* * *
İncidənlər, incidəcək,
İncidibsən hər kəsi.
* * *
İnşallah, heç yerdə qalmaz avara,
Bir qula ki, Şahi-Mərdan yar olsun.
* * *
İyid cavanlıqda dəli gərəkdi,
Qocaldıqca mərfət tapa, hal bilə.
* * *
İyidlər məğrur olmasın,
Fəthi-nüsrət xudadandı.
* * *
İyid sarsıyarmı baxtı yatmasa.
* * *
Kərəm olmaz müxənnəsdə, xəsisdə.
* * *
Kəsb elə özünə halaldan maya.
* * *
Kibrdən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı.
* * *
Kimi gördün ki, qəzadan
Qurtardı, qaçdı dünyada?!
* * *
Kişi gərək dediyindən dönməsin.
* * *
Kişi gərək zəhmət çəksin, tər salsın,
Süfra açsın, ad qazansın, dər salsın.
* * *
Könlümün şüşəsi saqın ki, sınar,
Toxunarsa ayna daşa, dayanmaz.
* * *
Könül, doğru yoldan gəl olma kənar,
Əyri yola gedən haqdan utanar.
* * *
Qabiliyyətsiz, mərifətsiz qızların,
Yüzü bir dərdimənd dul ola bilməz.
* * *
Qarı düşmən bir də gəlib dost olmaz.
* * *
Qarşı gəlsə həsrət çəkən yar yara,
Ağlı çaşar, səri ay eylər qıj-qıj.
* * *
Qaytarmazlar pirə gələn qurbanı.
* * *
Qədər sənlə gəzəcəkdi,
İstər gir dəryaya gəz.
* * *
Qəlbi düz olanın evi hac olu.
* * *
Qonşuya kəc baxan özü ac olu.
* * *
“Lənət şeytana!” – de, şər işdən əl çək,
Şeytan səni salar ayaq-ayağa.
* * *
Ləzzət verər bal qatanda qaymağa,
Qaymaqdan da ləziz olar narın üz.
* * *
Loğmadan kəc olan, nüftədən əyri,
Yüz dərs olsa, pür kamala yetişməz.
* * *
Məğrurluq eləyən namurad olu.
* * *
Məğrurluq eləyib ustadan demə,
Vaxt olar bir yerdə dara düşərsən.
* * *
Mən aşığam, yasaq yoxdu dilimə.
* * *
Mənim sözüm yoldan çıxan mollanı,
İnşallah, qaytarar müsəlman eylər.
* * *
Mən istərəm alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola.
Diliylə zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər.
* * *
Mərd iyidə ölüm haqdı dünyada,
Yoxsul olub ahu-zarı çəkmiyə.
* * *
Mömindən törəyən xoş idrak olar.
* * *
Mövladan dərs alan heç düşməz ləngə.
* * *
Mövla məhəbbətin kəsməz sağ ərdən.
* * *
Müxənnəs ilə nakəsin,
Əlinə fürsət keçməsin.
Halalı harama qatır,
Şeytana sovqat aparır.
* * *
Müxənnət qatar aşına
Ağı, gözlə, gözlə sən.
* * *
Nakəs, müxənnətdən mətləb diləmə.
* * *
Namərddə qaydadı, kəsər basdığın.
* * *
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
* * *
Namus qədri bilib nanı gözləyən,
İnşallah, heç yerdə xəcalət olmaz.
* * *
Nütfədən qarışan şeyitbaz olar.
* * *
Nütfədən pak olan, loğmadan halal,
Mərifət elminə nabələd olmaz.
* * *
Nütfədən pak olan özü pak olar.
* * *
Nütfəsindən əyri olan,
Tez göstərər isbatın.
* * *
Ov keçdi bərədən, ata bilməzsən.
* * *
Öldürərsən zənburu, əl çəkmə şandan.
* * *
Sayğısız iyidi düşmən aldadar.
* * *
Sərraf yüz bəzəsə səngi-siyahı,
Əsli mütəlladı, ləl ola bilməz.
* * *
Sidqini bağlayan Şahi-Heydara,
İnşallah, heç yerdə qalmaz avara.
* * *
Şairin sinəsi haqq bazarıdı,
Satdığı kəlmələr ləl, mirvarıdı.
* * *
Şəryətdə halaldı qisasa qisas.
* * *
Şərü-böhtan doğru yola sığışmaz.
* * *
Tərəqqidən təvəllüddü tənəzzül.
* * *
Tər gəzən dünyada gedər tərsinə.
* * *
Təzə aşnalıqla köhnə dostluğun,
Fərqi var qış ilə yaz arasında.
* * *
Torpaq soyuq, bədən üryan, kəfən yaş,
Tək qalarsan tək məzarın içində.
* * *
Unutma ilqarı, itirmə iman,
İman durar düz ilqarın içində.
* * *
Uzaq vilayətdən qız sevən oğlan,
Yaxın qonşusundan soruş halını.
* * *
Varlıqda dost olma, yoxluqda kənar,
İyidəm deyəndə, bu adət olmaz.
* * *
Yadın oğlu yağlı aşa mehmandı,
Dar günündə görərsən ki, usandı.
* * *
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdı.
* * *
Yaxşı can yetişsə yaxşı canana,
Həmi gün xoş keçər, həm ay-il eylə.
* * *
Yaxşı yara qismət olmaz yaxşı yar.
* * *
Yalan deyib qeybət etmə,
Rəhmin gəlsin canına.
* * *
Zikirsiz mömini şeytan aldadar.
* * *
Zinakar, haramxor yetişməz baya.
* * *
Zülmətdə işıq var, acıda şirin.
* * *
Zülm ilə, sələm ilə,
Yığıb ziyarata gedən.
Ziyarata getmək deyil,
Urusa sursat aparır.
</poem>