Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 2:
* Ayrılıq qaçınılmaz sondur. Heç kimi bunu istəmir, amma bundan xilas olmaq mümkün deyil. Çünki həyat olduğu kimidir, olmalı olduğu kimi deyil.
== B ==
* Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıqlar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə!
* Başqasının səhvinə görə özünü cəzalandırmaq axmaqlıqdır.
* Başlanğıcda qorxaq və cəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır.
* Bir maska taxdığını fərq etdiyin anda, o maska düşməyə başlamışdır onsuz da.
 
== C ==
* Cəmiyyətə mütləq şəkildə təslim olmaq, tamamilə onun əsiri olmaq lazımdır. Çünki cəmiyyət ancaq kölələrə, ruhunu öldürmüş adamlara hörmət edir.