Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 59:
* Yadında saxla, sənin həyatda əldə etdiklərin, sənin həyata verdiklərindir.
* Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır.
* Yaradıcı, ağıllı bir insan güc arxasınca qaçmaz. Ağıllı insan başqaları üzərində hakimiyyət qurmaqla maraqlanmaz. Onun maraqlandığı mövzu, özünü bilməkdir. Bu səbəbdən, ən yüksək zəka xüsusiyyətinə sahib olan insanlar mistisizmə yönələr, ən çoxu güc arxasınca qaçar. O güc dünyəvi, siyasi ola bilər; pul ola bilər, milyonlarla insan üzərində ruhsal hakimiyyət qurmaq ola bilər, amma əsl istək, daha daha çox insana hökm etməkdir.
* Yaradıcılıq varlığın ən böyük üsyanıdır. Əgər yaratmaq istəyirsənsə, bütün şərtlərdən xilas olmağa məhkumsan. Əks təqdirdə yaradıcılığın kimdənsə köçürtməkdən başqa bir şey olmayacaq.
[[Kateqoriya: Şəxslər]]