Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 27:
== G ==
* Gedəcək heç bir yol yoxdur. Hər şey bu andadır. Bütün varlıq bu anda toplanıb. Bu anın içinə sığışıb. Bütün varlıq yaşadığın anda axmaqdadır.
* Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır.
 
== H ==
* Heç bir ölüm əslində ölüm deyil çünki hər ölüm yeni bir qapı açar, bir başlanğıcdır. Həyatın sonu yoxdur, yalnız yeni başlanğıclar, yenidən-doğuşlar mövcuddur.