Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 46:
== Q ==
* Qadınlar kişilərdən nə aşağıdır, nə də üstündür. İkisi insanlığın iki fərqli cinsidir, müqayisə edilə bilməzlər. Müqayisənin özü axmaqlıqdır və müqayisə etməyə başlasan, başına dərd açacaqsan.
* “Qeyri-müəyyənlik zamanları” yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər. Varoluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illuziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır.
* Qəbul etməliyik ki, insan yer kürəsindəki ən zəif heyvandır. Və onun bütün davranışlarının, aid olduğu şeylərin, qruplaşmalarının təməli budur. O, özündən daha böyük bir şeyin parçası olmaq məcburiyyətindədir. Ancaq bu zaman özünü təhlükəsiz hiss edə bilir.