Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 38:
* Həyat əsla özünü təkrar etməz. Daima təzə, daima yeni, daima böyüyən, daima araşdıran, daima yeni macəralara irəliləyəndir. Köhnə hazır cavablarının sənə faydası olmayacaq. Əslində səni əngəlləyəcəklər; yeni durumu görməyinə imkan verməyəcəklər.
* Həyat xırda şeylərdən ibarətdir. Sən sevsən, onlar böyüyərlər.
* Həyat vicdanlı deyilmiş, adil deyilmiş kimi gəlir, çünki əlimzidən bir oyuncaq aldı. İnsan, belə böyük nəticələrə gəlməkdə təsəlməməlidir. Bir az da gözlə. Bəlkə bütün dəyişikliklər hər zaman yaxşılığadır. Sadəcə kifayət qədər səbrli olmalısan. Həyatı bir az daha sərbəst buraxmalısan.
* Hindistanın fəlsəfə tarixində məşhur deyim, Satyameva jayate’ dir: “Kim məğlub olursa olsun, həqiqət qazanmalıdır.” Bu, bir dəyərsizlik kompleksindən ortaya çıxmır, üstün bir zəkadan doğur.
* Hisslərini milyon insan arasında parçalamaq insanı zərrələşdirir. Partnyorlarını tez-tez dəyişənlərin həyatı, yeri tez-tez dəyişdirilən ağaca bənzəyir. Ağacın bir və əbədi yeri olmalıdır, o zaman onun kökləri daha dərinə gedəcək və ağacı güclü edəcək.