İlham Əliyev: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 45:
 
''31 oktyabr 2003, andiçmə mərasimində nitqindən.''
 
*<blockquote>
"Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram"<blockquote/>
 
''31 yanvar 2006, 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda nitqindən.''
 
*<blockquote>"Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir"<blockquote/>
 
''12 mart 2005, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 13-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitqindən.''
 
*<blockquote>"Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq"<blockquote/>
 
''13 iyun 2007, Yaponiyanın "Nikkey" ("Nihon Keydzay Şimbun") qəzetinin müxbirinə müsahibəsindən.''
 
*<blockquote>Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır"<blockquote/>
 
''27 iyun 2005, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə nitqindən.''
 
*<blockquote>"Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir"<blockquote/>
 
''28 may 2007, 28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda nitqindən.''
 
*<blockquote>"Qaçqınlar və məcburi köçkünlər Azərbaycanda ən ağır vəziyyətdə yaşayan insanlardır. Bizim hamımızın vəzifəsi ondan ibarətdir ki, həm dövlət tərəfindən, eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən, özəl sektor tərəfindən onlara öz köməyimizi göstərək"<blockquote/>
 
''21 iyun 2005, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müşavirədə Prezidentin nitqindən.''
 
*<blockquote>"Azərbaycanın indiki inkişafında bir nömrəli problem öz doğma torpaqlarımızı qaytarmaq və etnik təmizləmə siyasətindən əziyyət çəkən insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır"<blockquote/>
 
''4 sentyabr 2007, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinə həsr olunmuş müşavirədə nitqindən.''
 
*<blockquote>"Biz 1994-cü ildə xarici şirkətlərlə "Əsrin müqaviləsi"ni imzaladıq və bu müqavilədə bir vergül belə dəyişdirilməyibdir. Hesab edirik ki, etimadı illərlə qazanmaq lazımdır, onu səhv bir addımla itirmək olar"<blockquote/>
 
''22 dekabr 2006, "Exo Moskvı" radiosuna müsahibəsindən.''
 
*<blockquote>"Seçkilərdən əvvəl dediyim və artıq məşhur olan "mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" kəlamı sadəcə şüar, yaxud da ki, təbliğat naminə deyilən söz deyildir. Bu, mənim əqidəmdir, həyat prinsipimdir və mənim tabeliyimdə işləyənlərdən, yerlərdəki nümayəndələrimdən də tələbim budur: bu prinsiplərlə yaşamaq, insanların qayğıları ilə yaşamaq"<blockquote/>
 
''26 iyul 2005, Xaçmaz rayonunun sakinləri ilə görüşdə nitqindən.''
 
*<blockquote>"Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir"<blockquote/>
 
''2 oktyabr 2006, Milli Məclisin 2006-cı il payız sessiyasının açılışında nitqindən.''
 
*<blockquote>"Azərbaycanın Prezidenti kimi mən çalışacağam ki, hər bir vətəndaş, hər bir şəxs bu böyük layihələrdən, Azərbaycanda gedən inkişafdan bəhrələnsin. Bu, mənim vəzifəmdir, mənim borcumdur. Mən də bu vəzifəni ləyaqətlə yerinə yetirəcəyəm"<blockquote/>
 
''15 iyun 2004, Qazax şəhər ictimaiyyəti ilə görüşdə çıxışından.''
 
*<blockquote>"...yoxsulluğun kəskin şəkildə azalması onu göstərir ki, Azərbaycanın təbii sərvətləri, bütün iqtisadi potensialı və dövlətin siyasəti məhz ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilibdir"<blockquote/>
 
''11 fevral 2008 "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 4 illik yekunlarına həsr olunmuş konfransda giriş nitqindən.''
 
[[Kateqoriya:Siyasi xadimlər]]