Ərəblər: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 3:
== Ə ==
* Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”. “Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər. “Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər. “Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər. “Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər. “Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar. [[Nəsirəddin Tusi]]
* Ərəb öldü, qan düşdü. [[Azərbaycan atalar sözləri/Ə]]
* Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır.<ref>[http://www.azadinform.az/news/a-84751.html Babək kimdir- peyğəmbər, hökmdar, kommunist, yoxsa…]</ref> [[Mirzə Fətəli Axundov]]
* Ərəblər, bizim uşaqlarımızdan nifrət etdiklərindən çox öz uşaqlarını sevdikləri vaxt döyüşməyi buraxacaqlar. [[Qolda Meir]]