Nizami Gəncəvi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 4:
* Adam yüksələndə əhdini pozmaz.
* Amandır ağlını unutma ki, sən
Gülünü tikana deyişməyəsən.
* Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.

== B ==
Sətir 14:
* Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara.
* Çox gözəl olsa da eybi gizləmək,
Dost dostun eybini örtməsin gərək.
* Çox iti zehinlər yatan oldular
Axırda saxsı qab satan oldular.

== D ==
Sətir 20 ⟶ 21:

== G ==
* Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada.
* Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var.

== H ==
* Hər çətin düyünün bir əlacı var,
Səbirlə, tədriclə açılar onlar.
* Hər uca rütbətən biliniz,fəqət
Alimin rütbəsi ucadır, əlbət!.
* Hər ümidsiz işdə bir çox ümid var,
Qaranlıq gecədən ağ səhər doğar.
* Hünər ardınca qoş, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç.

== X ==
Sətir 33 ⟶ 34:

== İ ==
* İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
* İnsafla yaşayan mərddir, kişidir,
İnsaflı olmamaq namərd işidir.
* İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
* İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər.
* İnsanı sarsıdır göz yaşı, nalə,
Ah çəkib, uf deyən yetməz kəmalə.
* İnsanlardan başqa bütün canlılar,
Qənaət evində tutmuşlar qərar.
* İradəsiz olma, iradəsizlər
Ayaqsız qurd kimi yerdə sürünər.

== K ==
* Kimin ki, alnının aynası bərkdir,
Dünyada xoş günü o görəcəkdir.

== Q ==
* Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
* Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq, o itən deyil.

== M ==
* Misə qızıl vurmaq nəyə gərəkdir,
Mis yenə özünü göstərəcəkdir.

== Ö ==
* Ölüm yatağında olsa da bir şəxs,
Ümidini əsla həyatdan üzməz.
* Ömrünü ah-vayla vermə sən bada,
Acizlər ah-vayla yaşar dünyada.
* Öz qəbiləsinə asi olan şəxs
onunla bir yerdə yaşaya bilməz.

== S ==
* Səadət qapını açmasa bu gün,
Kəsmə ümidini ondan büsbütün.
* Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa.
* Səbr etməklə kişi zindandan çıxar,
Səbr ilə açılar bağlı qapılar.
* Səbri, hövsələni unudan insan,
Ağıldan, şüurdan açmasın dastan.
* Sənə nə eyləsə övladın, inan,
Onu görəcəkdir öz övladından.
* Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə.

== T ==
* Təmkinli oturmağı etdiyiçin dağ peşə,
Mötəbərdir yerində varlığı ilə həmişə.
* Toxum olmasa, dirilməz.
* Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan
* Tutar qarınqulu çox əziz hər an,
Xingal yarpağını gül yarpağından.

== Y ==
Sətir 75 ⟶ 79:

== Z ==
* Zülm ilə bu dünyanı almaq deyildir mümkün,
Ancaq ədalət ilə alarsan dünya mülkün.
* Zülmün toxumundan göyərməz nəbat.

== Mənbə ==