Azərbaycan atalar sözləri/A: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
51081 dəyişikliyi 5.191.15.83 (Müzakirə) tərəfindən geri alındı.
Teq: Geri qaytarma
Removing possible test
Sətir 1:
 
* Abad məclis aşığından bəllidir.
* Abadan kənd tüstüsündən bəlli olar.
* Abbas Abbasdan, Abbas da kor Abbasdan.
* Abbasını bəyənməyən beş şahı çıxardar.
* Abdaldan paşa olmaz, taxtadan maşa.
* Abdal at mindi, özünü bəy sandı.
* Abdal düyündən, uşaq oyundan usanmaz.
* Abdal oynayanda qar yağar.
* Abır harda, çörək orda.
* Abır-həya olan yerdəbərəkət də olar.
* Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
* Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
* Abırsızdan abrını saxla.
* Ac acı aldı, acdan ləlöyün törədi.
* Ac acı dalayar, tox toxu yalayar.
* Ac adam özünü oda vurar.
* Ac adamı qurd yeməz.
* Ac ayı oynamaz.
* Ac deyər doymaram, tox deyər acmaram.
* Ac doğrayar, tox yeyər.
* Ac donuz darıdan çıxmaz.
* Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.
* Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
* Ac girdi içəriyə yemək istədi,tox dedi;əvvəla,salam
* Ac hara, paxaç hara.
* Ac it gəlmiş, tox itin dalın yalayar.
* Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!
* Ac qatıq istəməz, yuxulu yastıq.
* Ac qılınca çapar.
* Ac qudurğan olar, çılpaq oynağan.
* Ac qurd sürünün ortasına girər.
* Ac nə yeməz? Tox nə deməz?
* Ac saxla, yalavac saxla, yaxşı saxla.
* Ac toyuq yuxusunda darı görər.
* Ac - yanından qaç!
* Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
* Aca nə halal, nə haram?!
* Acam, quyruq acıyam, bağır-örkə acı deyiləm.