Füyuzat jurnalı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1:
== A ==
* [[Ailə]] insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy atır, orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır.
* Ailə mərhəmət yurdu, əxlaq məktəbi, millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır.
* Ana hər cür fəzilətin, tərbiyənin beşiyi, ailə ocağının səadət keşikçisidir.
Sətir 10:
== G ==
* Gecənin gündüzə, qışın yaza, torpağın suya və bədənin başa nə qədər ehtiyacı varsa, millətin də mənəviyyata o qədər ehtiyacı var.
* [[Gənclik]] yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür.
* Gözəllik birdir, ondan çıxan cilvələr isə saysız-hesabsız. Dəniz də birdir, lakin dalğaları minlərlə.
* Gözlərin həyası, üzün isməti, iffətin zinəti, halal qazancın bərəkəti, səbrin yolu və qəlbin cövhəri əxlaqdır.
 
== M ==
* [[Məktəb]] elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır.
* Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır.
* Millətin ruhu dövlətin qüdrətinin ifadəsidir.