Tofiq Hüseynzadə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 64:
</poem>
== Elm və kitab haqqında ==
<poem>
54. [[Elm]] həmişə təzədir.
55. Kitablar oxumaq üçün deyil, öyrənmək üçündür.
56. Kitabı biri yazar, mini öyrənər.
57. [[Kitab]] yeganə bilik mənbəyidir ki, orada hər şey təzə və həlimdir.
58. Kitabsız elm yoxdur.
59. Kitab olan yerdə özünü tənha sanma.
60. Pis kitab yoxdur, pis müəllif vardır.
61. Cəmiyyət üçün gərəksiz olan kitab, kitab deyildir.
</poem>
 
== Ədəbiyyat və ədiblər haqqında ==
<poem>
62. «Bu, böyük sənətkarı ([[Səməd Vurğun]]u) bütünlüklə duya bilsəm, əsl sənətkar olacağıma şübhə etmirəm. Bundan sonra nə vaxt olursa-olsun, başqa dahilər kimi Vurğun sənətini də öyrənmək və vacibdir. O, ədəbiyyat aləminə böyük bir xəzinə bəxş etmiş, Azərbaycan şeriyyətini göylərədək yüksəltmişdir». (11.05.1971)
63. Bir əsrdə şərəflə yaşayanlar heç zaman ölmür. (13.09.1971)
64. Yaşayıb ölmək ayrı, ölüb yaşamaq ayrı... (13.09.1971)
65. «Mən xalqımın şifahi yaradıcılığını bütünlüklə duya bilsəm, böyük bir sənətkar olacağıma şübhə etmirəm. (15.07.1970)
66. Lətifələr – insanları təkcə əyləndirmir, onlar, hətta, bəzi məsələlər haqqında dərin bilik verir. Orada hazırcavablıq, fitri söz, tənqid, tənqidi gülüşlər böyük təsirə malikdir. Lətifələr də ədəbiyyatın bir növü, özü də, bəsit yox, fəal növüdür. Gözəl lətifələr də yaratmaq böyük istedad tələb
edir». (14.02.1972)
67. Xarici ədəbiyyatların çoxlarının ən kiçik əsərlərində belə, məna gözəlliyini görmək mümkündür. Bunları oxuduqca, insan bütün varlığı ilə misralara yapışır; fikri, zehni ancaq bir istiqamətə – hadisəyə doğru uçur. Xarici ədəbiyyatı bilmək böyük kamillikdir. (20.05.1971, Qazax rayonu)
</poem>
 
== Sağlamlıq haqqında ==
<poem>
68. Əbədi sağlamlıq gözəl qidalanmağın məhsuludur.
69. Sağlam olmayanlar ən bədbəxt adamlardır.
 
</poem>
 
== İstinadlar ==