Tofiq Hüseynzadə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 90:
68. Əbədi sağlamlıq gözəl qidalanmağın məhsuludur.
69. Sağlam olmayanlar ən bədbəxt adamlardır.
70. Xəstəliklərdən yaxa qurtarmaq üçün erkən sağlamlığın qeydinə qalınmalıdır.
71. Sağlam olmaq üçün bədən üzvlərinin daimi hərəkəti lazımdır.
72. İnsan xəstə olmayınca, sağlamlığın qədrini bilmir.
73. Çox yemək və hər şeyi yemək sağlamlıq deyil, əksinə, normal qida və xüsusi qidalar daha əhəmiyyətlidir.
74. Sağlamlığını qorumayanlar və uzun müddət xəstə olanlar bilməlidirlər ki, onlar gələcək nəsil üçün ən qorxulu mikrobdurlar. (26.02.1972)
</poem>
 
== Sərxoşluq haqqında ==
<poem>
75. Sərxoşu harada itirdilərsə də, ayıltma məntəqəsində tapdılar.
76. Qonşu «paxıl» olmasaydı, sərxoş sərxoşluqdan əl çəkməzdi.
77. Sərxoşun gözü həmişə araq şüşəsində olar.
78. Sərxoşla yoldaş olma, oldun, dalında gəzdirməlisən.
79. Günah şərabda idi, sərxoşun adı bədnam.
80. Sərxoşa ağıl öyrədənin ağlı başından çıxar.
81. Sərxoş andını, şərabı görəndə unudar.
82. Sərxoşa dedilər: kim səndən güclüdür? Dedi: məni arağa doyuran.
83. Nə pul verdi, nə aldı, içdi stulda qaldı.
84. Sərxoş salıb harayı, dolayı gəl, dolayı.
85. Sərxoş dedi: indi inandım ki, Yer kürəsi fırlanır.
86. Şərabın qədir-qiymətini sərxoşlar bilər.
87. Sərxoşun üzü şüşədən də betərdir.
88. Sərxoşun «qeyrəti» ayılana qədərdir.
89. Şərab sərxoşlara görə şərab sayılır.
90. Sərxoş həmişə badəni araq çəkənlərin sağlığına qaldırır.
91. Sərxoş yeddi dəfə ölçər, bir dəfə içər.
92. Kimin yanında istəyirsən otur, sərxoşun yanında oturma.
93. Sərxoşa görə, süfrəyə qoyulan şərab içilməsə, günahdır.
94. Sərxoş olan yerdə «toy-bayram»dır.
95. Sərxoş çağırılan yeri «ar» eyləyər, çağırılmayan yeri «dar» eyləyər.
96. Araqla dost olanlar, illərlə düşmən olar.
97. Ayıqlıqdan sərxoşluğa bir yol var: acizlik.
98. Sərxoşlar hər cürə təhqirə layiqdirlər.
99. Şərab yıxmadığını heç kəs yıxa bilməz.
100. Şərabın ömrü sərxoşluğun ömrü qədərdir.
101. Şərxoşlar olmayanda məclislər daha şən keçər.
102. Şərxoşun dəqiq ünvanı: ayıltma məntəqəsi.
</poem>