"Əli" səhifəsinin versiyaları arasındakı fərqlər

222 bayt əlavə edildi ,  1 il öncə
* İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran *Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır.
* İnsanların çəkdiyi hər nəfəs əcələ doğru atdığı addımdır.
* İnsanların öz ata-babalarından zəmanələrinə daha artıq oxşarlıqları var.
* İnsanlarla yaxşı davranın ki, bir vaxt dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salıb sizin üçün ağlasınlar.
* İnsanlarla elə rəftar edin ki, düşməniniz belə ölümünüzə ağlasın.