Əli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 142:
* Sənət tükənməyən xəzinədir.
* Sirr saxlamaq iradə imtahanıdır. imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz.
* Simicliklə [[ehsan]] bir yerə sığmaz. Yəni paxıl kimsə ehsan edə bilməz.
* Sizə beş şeyi vəsiyyət edirəm: Heç biriniz Rəbbinizdən başqa bir kimsədən şey ummasın; Günahınızdan başqa bir şeydən qorxmayın, “bilmirəm” deməkdən utanmayın; bilmədiyiniz bir şeyi öyrənməkdən çəkinməyin. Səbr edin, çünki səbr imanla müqayisədə bədəndəki baş kimidir. Başı olmayan bədəndə xeyir yoxdur. Səbr tükəndikdə isə imandan xeyir gəlməz.
* Sizi İslama elə bir nisbətlə mənsub sayıram ki, məndən əvvəl heç kəs belə nisbəti söyləməmişdir: İslam təslim olmaqdır; təslim olmaq yəqinlikdir; yəqin gerçəkləməkdir; gerçəkləmək iqrar etmək əmrə tabe olmaqdır; əmrə tabe olmaq o əmrləri yerinə yetirməkdir.