CSS: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '300px|thumbnail '''Stilin kaskad cədvəlləri''', '''CSS''' ({{Dil-en|Cascading Style Sheets}}) — sənədin xarici görünüşünün, işarə...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 1:
[[Şəkil:W3C® Icon.svg|300px|thumbnail]]
'''Stilin kaskad cədvəlləri''', '''CSS''' ({{Dil-en|Cascading Style Sheets}}) — sənədin xarici görünüşünün, [[işarələmə dilinindili]]nin istifadəsi ilə yazılmış, formal təsvir dili. Adətən [[HTML]] və [[XHTML]] işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digər XML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər.
 
HTML sənədlərini yaradarkən [[veb-dizayn]]erlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar:
* müəyyən abzas daxilində şifrələrin dəyişdirilməsi;
* mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi;
* mətnin və ya fonun rənginin dəyişdirilməsi;
* müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s.
 
Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu halda [[Kompüter proqramları|proqramın]] yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Bu işi sadələşdirmək üçün səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə, CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən [[server]]də istifadə etmək olar.
 
CSS kodları, [[HTML]] kodlarının içinə yazıla bildiyi kimi xarici bir CSS faylı yaradılaraq da əməliyyat yaradıla bilir. Növünə görə <nowiki><code> <BODY> </ code></nowiki> ya <nowiki><code> <HEAD> </ code></nowiki> bölmələrində ala bilərlər. Bundan başqa,''<nowiki><link rel="stylesheet" type="text/css" href="style.css" /></nowiki>''koduyla CSS faylı iş səhifəsi əlavə oluna bilər. Onları ayrı-faylda və ya fayllarda saxlamaq, onları dəyişik [[HTML]] səhifələrində istifadə edilməsini təmin edir, eyni səhifənin dəyişik cihazlara görə formatlandırılmasını asanlaşdırır.
 
CSS kodlarının [[HTML]] faylına əlavə olunması üç fərqli şəkildə icra edilə bilər.
 
CSS standartında faylların formatı ''.css'' şəklindədir.
 
== Kod quruluşu ==
 
CSS və [[HTML]] birlikdə istifadə edilir. Aşağıda CSS'in ayrılıqda və [[HTML]] ilə birləşdirdirliyi zamanki [[kod]] quruluşu göstərilib.
 
'''style.css'''
<blockquote style="border: 1px solid blue; padding: 0.5em 0.8em;">
<source lang=css>
body {
background-color: #a95286;
}
 
.header {
background-color: #dd3471;
width: 750px;
height: 250px;
margin-left: 80px;
}
 
.content {
background-color: #dd3471;
width: 750px;
height: 100%;
margin-top: 250px;
margin-left: 80px;
}
 
</source>
</blockquote>
 
Yuxarıda yazdığımız kodlar, CSS'in <code>.css</code> olaraq yaddaşda saxladığımız bölümündə yazılan kodlara bir nümunədir <code>.header</code>, yeni bir <code>div</code> yaradırıq və ona, sahib olacağı xüsusiyyətləri deyirik. İndi isə CSS'i [[HTML]] ilə necə birləşdirəcəyimizi kiçik bir nümunə ilə görək.
 
'''index.html'''
<blockquote style="border: 1px solid blue; padding: 0.5em 0.8em;">
<source lang=html4strict>
<html>
<head>
<link rel="stylesheet" type="text/css" href="style.css"/>
</head>
<body>
 
<div class="header"> </div>
<div class="content"> </div>
 
</body>
</html>
 
</source>
</blockquote>
 
== Ədəbiyyat ==