Əbu Turxan: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 142:
* Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar.
* Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır.
* Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq.
* Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir.
* Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır.
* Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür.
|