Əbu Turxan: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 188:
* Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar.
* Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq.
* Özündən daha qaba gücə rast gəlməyincə ağıl yada düşmür.
* Özünə inanmayan adam özünü yaradana da inana bilməz.
* Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir.