Qara Qarayev: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 5:
* Məncə Bakı dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli, yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır...
* [[Xalq]] musiqisinə sırf qoruyuculuq baxımından yanaşanda o, muzey eksponatına çevirir.
== Qara Qarayev barədə olan fikirlər ==
* "Onun musiqisi ilə görüş həmişə böyük sevinc gətirirdi, eyni zamanda mürəkkəb həyat problemləri haqqında dərin düşüncələr doğururdu." - [[Nodar Dumbadze]]<ref name="fame">{{cite web |title=Famous people on Garayev |url=http://anl.az/el/emb/Q.Qarayev-100/haqqinda-fikirler.html |website=anl.az |publisher=anl.az |accessdate=25 oktyabr 2018}}</ref>
* "Azərbaycanın görkəmli bəstəkarı Q.Qarayevin musiqisi sovetlər ölkəsinin çoxmillətli mədəniyyətində ən parlaq hadisələrdən biridir. Onun təkrarolunmaz fərdi dəsti-xəttinin fərqləndirici xüsusiyyəti əsərlərində milli və beynəlmiləl keyfiyyətləri üzvi şəkildə birləşdirməsindədir." - [[Tixon Xrennikov]]<ref name="fame"/>
* "Q.Qarayev mənim ən çox sevdiyim bəstəkarlardandır. Onun musiqisinin müvəffəqiyyətinin sirri xalq ənənələrini klassik irsin ən müasir musiqi formalarında parlaq istedadla, ancaq onu özünə xas olan tərzdə birləşdirilməsindədir." - [[Dmitri Şostakoviç]]<ref name="fame"/>
* "Qara Qarayevin musiqisi əsl müasir musiqidir. Bizim günlərin musiqisidir, adamların kosmosu fəth etməsi dövrünün musiqisidir. Bu musiqidə günəş və cənub ehtirası var, ay və şimal romantikası var." - [[Nazim Hikmət]]<ref name="fame"/>
* "Q.Qarayevin yaratdığı musiqi təkcə bərəkətli Azərbaycan torpağının, onun orijinal mədəniyyətinin inciləri deyil, bütün dünya musiqisinin bəzəyidir." - [[Fikrət Əmirov]]<ref name="fame"/>
* "Q.Qarayevin musiqisi, onun xeyirxah, gülər gözləri həmişə sevinc, mehribanlıq, səmimiyyət və müdriklik saçırdı." - [[Niyazi]]<ref name="fame"/>
* "Q.Qarayev milli mədəniyyətin inkişafında yeni yollar açan cəsarətli, novator sənətkardır. O, geniş yaradıcılıq vüsətinə malik ustaddır." - [[Nikolay Tixonov]]<ref name="fame"/>
* "Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici irs qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır." - [[Heydər Əliyev]]<ref name="fame"/>
 
== İstinadlar ==
{{İstinad siyahısı}}
 
[[Kateqoriya:Musiqiçilər]]