Leonard Koen: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 30:
* İlk dəfə Monrealdan Nyu-Yorka getmək qərarına gələndə, həmişə saf qadın hesab etdiyim anam — ona görə ki, rus idi (Litvadan miqrasiya etmiş yəhudi — Esquire) və ingiliscəsi yaxşı deyildi — mənə dedi: “Leonard, ehtiyatlı ol. Ordakı adamlar bizim kimi deyillər”. Əlbəttə, mən ona heç nə demədim — o mənim anam idi, ona hörmətsizlik eləmək istəmirdim — ancaq öz-özümə düşündüm: “Ana, axı mən daha uşaq deyiləm”. Lakin o düz deyirdi. O necə də haqlı idi.
* İndi mənim sizə dediklərim — bir başqasına dediklərimin bəraətidir.
* İngilis kraliçasına qarşı heç bir qərəzim yoxdur. Əksinə, ürəyimin dərinliyində onun Cek Kennediyə oxşamamasına heç vaxt heyfslənməmişəm. Mənə görə, kraliça sadəcə olaraq onu bəzəyib-düzəyənlərin əlində qurbana çevrilmiş hədsiz təmtaraqlı ledidir.
* İnsanlar arasında olmağı heç vaxt sevməmişəm və mənim üçün yaşadığım otelin qapısını arxamca bağladığım an çox qiymətlidir. Belə görünür, qarajlar, artırmalar və mansardlar söykəndikləri evlərdən daha qorxuncdurlar.
* İtki — yaradıcılığın anasıdır.