Kamil Cəlilov: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
== G ==
* [[Gülarə Əliyeva]] bir insan, bir sənətkar kimi bənzərsizdi.<ref name="voyager"/>
 
== S ==
* Sevimli müğənnimiz [[Rübabə Muradova]] neçə müddət idi ki, ağır xəstə yatırdı. Gün-gündən vəziyyəti ağırlaşırdı. Mən ona tez-tez baş çəkirdim. Bir dəfə Rübabə xanım başını yastıqdan qaldırıb dedi: - Kamil, qardaş, bilirsən, sənin xətrini nə qədər istəyirəm? Bir-birimizin sənətinə hörmətimiz böyükdür. Səndən xahiş edirəm ki, mən öləndə tabutum önündə bir "Segah" çal. Bil ki, onda bu "Segah"ınla məni behiştə yola salmış olarsan. Sənin çaldığın muğamlar elə bil ki, mənim həyatımı tam əks etdirir, qardaş!<ref name="voyager"/>
 
== Y ==
* Yaşar Nuri gözəl sənətkar idi. Demək olar ki, bir məhəllədə yaşayırdıq. Atası da teatr sənətimizin inkişafında müstəsna rol oynayıb. Onun yaratdığı obrazlar kino və teatr salnaməmizin dəyərli inciləridir.<ref name="voyager"/>
 
== Kamil Cəlilov barədə olan fikirlər ==
* Ağır yanvar günlərində, xalqımızın başına gələn müsibətləri də Kamil qoboyu ilə xalqın harayına çevirdi. Bu haray həm bizim dərdimiz, qəmimiz idi, həm də onun qoboyundan qopan üsyankar birsəs. — [[Musa Yaqub]]<ref name="voyager"/>