Dalay Lama: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 13:
* İqtisadi və texnologiya baxımından inkişaf etdikcə, bir-birimizə daha çox bağlanırıq. Gördüyümüz hər bir iş bu və ya digər şəkildə dünyanın geri qalanına təsir edir. Yeri gələndə, dünyadakı mövcud olan vəziyyət də hər bir fərdin xoşbəxtliyinə və bədbəxtliyinə təsir edir. İndi artıq keçmişdə olduğu kimi dayaz dünyagörüşlə, sadəcə bir meyarı nəzərə alaraq, yeganə bir səbəbi və ya faktoru göstərərək canımızı qurtara bilmərik. Bugünkü dünyada artıq hər bir hadisə bütün tərəfləri nəzərə alınaraq analizdən keçirilməlidir.
* İnsan ən çoxu 100 il ətrafında yaşayır. Geoloji dövrlərlə müqayisədə bu, çox cüzi müddətdir. Bu qısa dövrü ziyankarca xərcləsək, həyatımızı mənasız yerə sərf etmiş olarıq. Xoşbəxtlik hər kəsin haqqıdır və heç kim bunu başqalarının əlindən ala bilməz. Situasiya necə olursa olsun, insan xilqətinin başqasına əzab vermək kimi bir məqsədi olmamalıdır. Elmin və maddiyatın zirvələrinə dırmansaq belə, əgər yetərincə qayğı və mərhəmət göstərə bilmiriksə, deməli, həyatımız insana layiq həyat deyil. Başqalarına mümkün olan ən az zərəri verərək xoşbəxt yaşamaq – bütün insanların haqqı olan və həqiqətən də dəyərli olan bir həyatdır.
== P ==
* Planetimizdə təqribən 6 milyard insan yaşayır. Əksəriyyət hər şeydən əvvəl maddi rahatlıqla maraqlanır, dini və spritual həyatla maraqlananların sayı çox azdır. Yəni inancsızlar əksəriyyəti təşkil edir, onların düşüncə və davranışları isə qaçılmaz olaraq dünyanın formalaşmasında həyati əhəmiyyətli rol oynayır. Şükürlər olsun ki, insan kimi hərəkət etmək üçün dinə ehtiyac yoxdur, sadəcə insan olmaq kifayətdir.
[[Kateqoriya:Şəxslər]]